Ukrayna dəlilik mənbəyidir.
İnterpress.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
“Adamlar mənə hücum edib dedilər: “Sən bizim düşmənimiz olan Putinlə necə danışa bilərdin?” Heç kim məndən soruşmadı ki, Putin mənim düşmənimdir? Putin niyə mənim düşmənim olsun ki? Mənə heç nə etməyib. Mənə heç vaxt irqçi deməyib.
“Sən Putinin kuklasısan!” Xeyr, mən amerikalıyam. Və nə Vladimir Putinə, nə də başqasına qəzəblənməyə heç bir əsasım yoxdur, nə qədər ki, o, mənə və ölkəmə toxunmayıb. Biz heç vaxt ABŞ-nin siyasətinə Putinə nifrətin daxil edilməsinə səs verməmişik.
Yalnız mənim şəxsən tanıdığım bir qrup dəli var, məsələn, dəli qadın Viktoriya Nuland.
Bunlar nədənsə ona qəzəbləndikləri üçün bir gün Putindən yaxa qurtarmaq qərarına gələn demokratiya düşmənləridir. Mən bununla razı deyiləm.
Ukrayna dəlilik mənbəyidir. Qərbdə sabitliyi pozmaq üçün əllərindən gələni etdilər. Bu ölkədən gələn şər və cinayətin miqdarı çox böyükdür”, – Karlson bildirib.
Xuraman Etibarlı
İnterpress.az