Ukrayna hərbçilərinin bir qismi Britaniyaya göndərildibackend

Ukrayna hərbçilərinin bir qismi Britaniyaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya Müdafiə Nazirliyi Ukrayna artilleriyaçıları üçün “L119” haubitsalarının atəşə tutulması üzrə təlimlərin təşkili məqsədilə Britaniyaya 30 hərbçi göndərəcək.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Baş nazir Casinda Ardern təsdiqləyib.

“Əsgərlər iyulun sonuna qədər Böyük Britaniyada yerləşdiriləcəklər. Xüsusi məqsəd Ukrayna əsgərlərinə Yeni Zelandiya hərbçilərinə tanış olan xüsusi tipli artilleriyadan istifadəni öyrətməkdə köməklik göstərilməsidir. Bu tədbir Ukraynanın tərəfimizdən dəstəklənməsinin daha bir üsuludur”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Yeni Zelandiya ordusu “heç bir halda Ukraynaya getməyəcək”.

Təlim kurslarında Ukrayna Silahlı Qüvvələrinin (APU) hərbçilərinin ümumi sayı 230 nəfər olacaq. Onların təlim müddəti silahların material hissəsinin öyrənilməsi üçün bir həftə təşkil etməklə, növbəti iki-üç həftə isə təlimlər çərçivəsində bölmələrin döyüş koordinasiyasına həsr olunacaq.

“L119” haubitsaları yüngül zirehli texnikaları effektiv şəkildə məhv etməyə qadirdir. Bu silahdan 105 mm-lik mərminin birbaşa vurulması bəzi hallarda zirehli texnikanı (məsələn, ZTR) tamamilə məhv edə və ya gövdəsini ciddi şəkildə zədələyə bilər.