Ukrayna konfliktində NATO və Kreml üz-üzə: “Bayden Ukraynaya qoşun göndərəcəksə,…”backend

Ukrayna konfliktində NATO və Kreml üz-üzə: “Bayden Ukraynaya qoşun göndərəcəksə,…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Bayden Ukraynaya qoşun göndərəcəksə, NATO üzvləri də göndərəcək”.

Bu sözləri Ukraynada baş verən proseslər fonunda Rusiya və NATO-nun münasibətlərini dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton media resurslarından Kremlə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bununla da Rusiyaya həm özünün, həm də Qərbin nə qədər qərarlı və israrlı olduğunu göstərmək istəyir:

“ABŞ-dan fərqli olaraq hazırda NATO daxilində heç də bütün ölkələr Kremllə gərginlik yaşamaq istəmir. Hazırda Rusiya ilə iqtisadi-siyasi münasibətləri olan və dini-etnik baxımdan yaxın ölkələr var. Xüsusilə bu ölkələr mövcud vəziyyətdən narazıdır. Məsələ ondadır ki, rəsmi Vaşinqton Ukrayna gərginliyində Ukraynaya birbaşa dəstək vermir. Misal üçün, Ukraynaya qoşun göndərmir. Bununla belə NATO-nu önə çəkərək Şərqi Avropada alyansın hərbi kontingentini artırır. Faktiki olaraq Ukrayna konfliktində NATO və Kreml üz-üzə gəlir. Əgər Bayden Ukraynaya qoşun göndərəcəksə, NATO üzvləri də göndərəcək. Əks təqdirdə Xorvatiya və digər Avropa ölkələri ABŞ-ın istəyi ilə Ukraynada Rusiyaya qarşı döyüşməkdən bir-bir imtina edəcək”.

Gülşən