Ukrayna müdafiə naziri Oleksiy Reznikov “qələbədəyədək” vəzifəsində qalacağını və Ukrayna Prezidenti Volodimir Zelenskinin onu “istefaya göndərmək planının” olmadığını bildirib.
Ukraynalı nazir mümkün istefası barədə yaranan söz-söhbətlərə nöqtə qoyub.
“Mümkün olduğunu düşünəndə öz istəyimlə istefa vermək hüququm var. Qələbədən sonra bundan istifadə edəcəyəm. Qələbədən sonra nə ilə məşğul olacağımı bilirəm. Rusiyalılarla hesablaşmalıyam. İnanıram ki, qələbədən sonra da onları geridə qoya biləcəyiniz başqa sahə var. Prezidentin məni işdən çıxarmaq fikri yoxdur”, – o vurğulayıb.