Ukrayna sərhədində KURYOZ HADİSƏ: Kişi maneəsiz Polşaya QAÇDIbackend

Ukrayna sərhədində KURYOZ HADİSƏ: Kişi maneəsiz Polşaya QAÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna sərhədində sərhədçi tualetə gedib, bundan istifadə edən vətəndaş Polşaya qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məhkəmə qərarları reyestrinə istinadən məlumat yayıb. “Şeqini” buraxılış məntəqəsində baş verən hadisəyə görə sərhədçi 17 min qrivna cərimələnib.

Hadisə Lvov vilayətində yerləşən “Şeqini” sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Məlumata görə, bir ukraynalı sərhədçinin tualetə getməsindən və postu nəzarətsiz qoymasından istifadə edərək Polşa tərəfinə qaçmağa nail olub.

Məhkəmə vəzifə səhlənkarlığına yol verən sərhədçi barəsində qərar çıxarıb. O, baş verən hadisəyə görə 17 min qrivna (təxm. 685 man) məbləğində cərimə olunub.

Xuraman Etibarlı

İnterpress.az