Ukrayna Silahlı Qüvvələri rotasiyaya başlamaq üçün Quru Qoşunlarına 50 minə yaxın əsgər göndərir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı “UP” mənbəyi bildirib.
Nəşr mənbələrə istinadən yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin 11 yanvar tarixli əmrinə əsasən, silahlı qüvvələrin bütün növlərindən 50 minə yaxın hərbçi Quru Qoşunlarına təhvil veriləcək. Bu, cəbhədəki bütün döyüşçülərin təxminən 20% -idir.
Bu addımın məqsədi üç ildən sonra ilk rotasiya dalğasına başlamaqla döyüş briqadalarının tam şəkildə doldurulmasını təmin etməkdir.
“Biz rotasiya mexanizmini işə salmalıyıq. Çünki təlim mərkəzlərinin resursları itkilərin yalnız minimal kompensasiyasına imkan verir və bölmələrin tam təmin edilməsi yerdəyişmə və işə qəbulu tələb edir”, – mənbə qeyd edib.
Eyni zamanda, nəşrin mənbəsinin sözlərinə görə, qərar mümkün danışıqlar və ya cəbhə xəttinin dondurulması ilə bağlı deyil, çünki Ukrayna ordusu hətta gərgin döyüş şəraitində belə rotasiya həyata keçirməyə qadirdir.
Xuraman Etibarlı
İnterpress.az