Ukrayna BMT Təhlükəsizlik Şurasını təcili toplayır.
İnterpress.az xəbər verir ki, Ukrayna Lvov vilayətinə endirilən “Oreşnik” raket zərbəsindən sonra beynəlxalq qurumları təcili hərəkətə keçməyə çağırıb.
Məlumata görə, Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa bəyan edib ki, rəsmi Kiyev BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.
Nazir bildirib ki, Aİ və NATO sərhədlərinin bilavasitə yaxınlığında endirilən bu zərbə Avropa qitəsinin təhlükəsizliyinə ciddi təhdiddir və transatlantik icma üçün sınaq xarakteri daşıyır:
“Biz Rusiyanın ehtiyatsız hərəkətlərinə qəti cavab verilməsini tələb edirik”.
Qeyd olunur ki, Ukrayna həmçinin Ukrayna-NATO Şurasının iclasını, eləcə də Avropa İttifaqı, Avropa Şurası və ATƏT çərçivəsində cavab tədbirlərinin görülməsini təşəbbüs edib.
Xuraman Etibarlı
İnterpress.az






