Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İSTEFA VERDİ – Zelenski TƏLƏB EDİBbackend

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İSTEFA VERDİ – Zelenski TƏLƏB EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasından məlumat verilib. Malyukun yerinə Yevgeni Xmaranın təyin olunacağı gözlənilir.

Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk Prezident Volodimir Zelenskinin tələbi əsasında istefa ərizəsi yazıb.

Bildirilir ki, SBU rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində Xidmətin Xüsusi Əməliyyatlar Mərkəzinin rəisi Yevgeni Xmaranın təyin edilməsi ehtimal olunur.

Xuraman Etibarlı

İnterpress.az