Ukrayna Trampın dostuna nəhəng litium yatağı BAĞIŞLADIbackend

Ukrayna Trampın dostuna nəhəng litium yatağı BAĞIŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Trampın dostuna nəhəng litium yatağı bağışlayıb.

İnterpress.az xəbər verir ki, Ukrayna hökuməti strateji əhəmiyyətli litium yatağını ABŞ Prezidenti Donald Trampın yaxın dostuna həvalə edib.

Məlumata görə, “New York Times” nəşri yazır ki, söhbət kosmetika imperiyasının varisi Ronald Lauderədən gedir.

Bildirilir ki, o, Trampla tələbəlik illərindən tanışdır.

Nəşr iddia edir ki, məhz Lauder vaxtilə Trampa resurslarla zəngin olan Qrenlandiyanı almaq ideyasını verən şəxsdir.

Məlumata əsasən, Ukraynanın mərkəzində yerləşən və ölkənin ən böyük yataqlarından biri olan “Dobra” litium yatağı artıq onun nəzarətinə keçib.

Xuraman Etibarlı

İnterpress.az