Ukraynada müharibənin qarşısını almaq olardı.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib. O deyib ki, Ukrayna müharibənin qarşısını ala bilərdi
Onun sözlərinə görə, “bir sıra qurumlar Rusiyanın Ukraynaya təcavüzünü asanlaşdırmaq” üçün mümkün olan hər şeyi ediblər.
Baş nazir müharibədə Ukraynanın günahkar olduğunu deməməsinə aydınlıq gətirib:
“Mən demişəm ki, Ukrayna qaçmaq mümkün olandan qaça bilməyib”
Bundan əlavə, o qeyd edib ki, Gürcüstan bu ölkənin Avropaya inteqrasiyasına sadiqdir və münasibətlərdəki çətinliklərə baxmayaraq, Aİ ilə əməkdaşlığı davam etdirir.
Xuraman Etibarlı
İnterpress.az