Ukraynadan vətəndaşlarına təcili ÇAĞIRIŞ: “İranı dərhal tərk edin”backend

Ukraynadan vətəndaşlarına təcili ÇAĞIRIŞ: “İranı dərhal tərk edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna vətəndaşlarına təcili çağırış edib.

İnterpress.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi (XİN) İrandakı vətəndaşlarına mühüm xəbərdarlıq edib.

Məlumata görə, nazirlik təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsini əsas gətirərək, öz vətəndaşlarına İranı tərk etməyi tövsiyə edib.

Bəyanatda qeyd olunub ki, ölkədən çıxış üçün Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından, eləcə də Ermənistan (Norduz/Aqarak) və Türkiyə (Bazarqan/Serou) ilə sərhəd-keçid məntəqələrindən istifadə etmək mümkündür.

Xuraman Etibarlı

İnterpress.az