Ukraynaya uçuşlar bərpa olunur.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Ryanair-dən sonra Wizz Air də Ukraynaya uçuşları bərpa etməyi planlaşdırır.
Şirkətin baş direktoru Yozef Varadinin agentliyə verdiyi məlumata görə, söhbət Rusiya ilə hər hansı atəşkəs elan edildikdən sonra uçuşların bərpasından gedir.
Bu şərtlər altında uçuşların 6 həftə ərzində bərpası, 30-a yaxın giriş marşrutunun bərpası planlaşdırılır.
Xuraman Etibarlı
İnterpress.az