Uralda DƏHŞƏLİ FACİƏ: Yanğınsöndürən ailəsi ilə birlikdə diri-diri YANDIbackend

Uralda DƏHŞƏLİ FACİƏ: Yanğınsöndürən ailəsi ilə birlikdə diri-diri YANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uralda yanğınsöndürən ailəsi ilə birlikdə diri-diri yanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qaz balonunun partlaması nəticəsində ana və qızı hadisə yerində, ata isə xəstəxanada keçinib.

Hadisə Ural bölgəsində baş verib. Evdə baş verən güclü qaz balonu partlayışı bütöv bir ailənin məhvinə səbəb olub.

Məlumata görə, partlayış və ardından başlayan yanğın nəticəsində beşinci sinif şagirdi olan qız və anası hadisə yerindəcə həlak olublar.

Peşəkar yanğınsöndürən olan ailə başçısı alovların arasından sürünərək çıxmağı bacarsa da, aldığı dəhşətli yanıq xəsarətləri səbəbindən həyatını xilas etmək mümkün olmayıb. O, çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az