Uşaqlar valideynlərinin icazəsi olmadan adını dəyişə bilər – Dövlət Dumasıbackend

Uşaqlar valideynlərinin icazəsi olmadan adını dəyişə bilər – Dövlət Duması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar valideynlərinin icazəsi olmadan adını dəyişə bilər.

İnterpress.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması zorakılığa görə uşaqlara adlarını dəyişmək hüququnun verilməsini təklif edib.

Dövlət Dumasının sədr müavini Vladislav Davankov təklif edib ki, Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yetkinlik yaşına çatmayanlara zorakılığa (bullinq) görə adlarını dəyişməyə icazə versin, hətta valideynləri buna qarşı olsalar belə.

2023-cü ildə Moskvada yeni doğulmuş körpələrə 7000-dən çox müxtəlif ad verilib. Məsələn, uşaqlara Lüsifer, Donatella, Avropa, Şəkər, Kit adları verilib.

Uşaqlara məşhur kompüter oyununun adı da verilib: Invoker, Mirana və Lunara.

Xuraman Etibarlı

İnterpress.az