ÜST: Müharibə başlayandan bəri Ukraynada 1147 sağlamlıq mərkəzi hədəfə alınıbbackend

ÜST: Müharibə başlayandan bəri Ukraynada 1147 sağlamlıq mərkəzi hədəfə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan indiyədək Ukraynada səhiyyə ocaqlarına 1147 hücum edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Ukraynanın Konstantinivka şəhərinə edilən və bir çox mülki vətəndaşın təsirinə məruz qalan hücumdan kədərləndiyini bildirib və ürəyinin hücumdan zərər çəkən insanların yanında olduğunu bildirib.

2022-ci ilin fevral ayında başlayan müharibədən sonra Ukraynada sağlamlıq mərkəzlərinə 1147 hücumu təsdiqlədiklərini qeyd edən Qebreyesus, bu hücumların 104 ölüm və 151 yaralanma ilə nəticələndiyini açıqlayıb.

“Bu, ÜST-nin indiyədək hər hansı humanitar fövqəladə hallar zamanı qeydə aldığı hücumların ən yüksək sayıdır. Sağlamlığa və mülki şəxslərə hücumlar heç bir yerdə qəbuledilməzdir və dayandırılmalıdır”, – Qebreyesus bildirib.