Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıbbackend

Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəlləri Şuşaya qaytarılıb.

İnterpress.az-ın məlumatına görə, “Güllələnmiş heykəllər” Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Şuşaya aparılıb.

Heykəllər Şuşa şəhərində qoyulub. Dövlət başçısı heykəllərin açılışını edib.

Qeyd edək ki, heykəllər işğaldan sonra Bakıya gətirilmişdi.

İnterpress.az