Hindistanda timsah həyətə daxil olaraq birbaşa ev sahibinin üzərinə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə Hindistanda yaşayış evlərindən birinin həyətində baş verib. Timsahın həyətə daxil olduğunu görən itlər hürməklə yırtıcının üzərinə atılsalar da, heyvan dayanmadan dərhal orada duran kişiyə tərəf irəliləyib.
Ev sahibi son anda evin içərisinə qaçaraq gizlənməyi bacarıb. Hadisə yerinə çağırılan xüsusi adamlar timsahı zərərsizləşdirərək ərazidən uzaqlaşdırıblar.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Xuraman Etibarlı
İnterpress.az






