Vaşinqton Gürcüstana qarşı sanksiya zərbəsi hazırlayır.
İnterpress.az xəbər verir ki, martın 11-də ABŞ Senatı Gürcüstanla münasibətlərə yenidən baxmaq və onun Avro-Atlantik kursunu dəstəkləmək məqsədi daşıyan qanun layihəsi olan MEGOBARI Aktını müzakirə etməyi planlaşdırır.
Sənəd Tbilisidə aylardır davam edən etirazlar və “Gürcü Arzusu” hökumətindəki avtoritar meyllərin ittihamları fonunda senatorlar Cim Riş (R-AZ) və Cin Şahin (D-WA) tərəfindən təşəbbüs edilib.
Qanun layihəsi Gürcüstana yardım proqramlarına yenidən baxılmasını və hakim partiyanın nümayəndələrinə və onların “korrupsiyada, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməkdə, habelə ölkədə sabitliyi pozan digər hərəkətlərdə təqsirkar olan tərəfdaşlarına” qarşı sanksiyaları nəzərdə tutur.
Orada Vaşinqton ölkənin Avro-Atlantik inteqrasiyasını dəstəklədiyini təsdiqləyir və demokratik standartlara riayət olunmaq şərti ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə hazırdır.
Xuraman Etibarlı
İnterpress.az