Vaşinqton üç iranlı şəxsə və bir şirkətə qarşı sanksiya TƏTBİQ ETDİbackend

Vaşinqton üç iranlı şəxsə və bir şirkətə qarşı sanksiya TƏTBİQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton üç iranlı şəxsə və bir şirkətə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) üç iranlı şəxsə və bir İran şirkətinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib.

Qeyd edildiyi kimi, siyahıya daxil edilən bütün şəxslər kütləvi qırğın silahlarının yayılması proqramları ilə əlaqəlidirlər.

Sanksiya rejiminə əsasən, ABŞ-nin yurisdiksiyasında olan müəyyən şəxslərin və təşkilatların aktivləri dondurulur.

Amerika vətəndaşlarına və şirkətlərinə onlarla hər hansı maliyyə və ya kommersiya sövdələşmələri etmək qadağandır.

Xuraman Etibarlı

İnterpress.az