İki dəfə kəllə əməliyyatı keçirən İnstaqram modeli yaddaşını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məşhur instaqram modeli Anjelika Tartanova ağır beyin xəsarətləri aldıqdan sonra nə valideynlərini, nə də 16 yaşlı oğlunu tanıyır.
Noyabrın 23-də ağır beyin zədəsi, qanaxma və çoxsaylı hematomalarla xəstəxanaya yerləşdirilən modelin üzərində iki dəfə kəllə trepanasiyası əməliyyatı aparılıb.
Əməliyyatdan sonrakı dövrdə hallüsinasiyalar və qıcolmalar keçirən zərərçəkən hazırda reabilitasiya mərkəzinə köçürülməyə hazırlanır.
Həkimlər yaddaşının bərpa olunacağına ümid etsələr də, bunun nə vaxt baş verəcəyini dəqiq bilmirlər.
Hadisəni törətməkdə şübhəli bilinən sevgilisi Dmitri isə axtarışdadır. Onu 8 ilə qədər həbs cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






