Venesiya 2024-cü ildən gündəlik ziyarətçilər üçün 5 avroluq bilet sistemini sınaqdan keçirəcəkbackend

Venesiya 2024-cü ildən gündəlik ziyarətçilər üçün 5 avroluq bilet sistemini sınaqdan keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesiya gələn ilin yazından bilet sistemini sınaqdan keçirəcək və bir günlük ziyarətçilər İtaliya şəhərinin tarixi mərkəzinə daxil olmaq üçün 5 avro ödəniş etməli olacaqlar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

YUNESKO qismən kütləvi turizmin təsiri ilə əlaqədar olaraq, Venesiyanı nəsli kəsilməkdə olan dünya irsi obyektləri siyahısına əlavə edib.

Bu qərardan sonra şəhər şurası turistlərdən şəhərin mərkəzinə daxil olmasının tələb edilməsi qərarını dəstəkləyib.

Venesiya meri Luici Brugnaro deyib ki, müəyyən dövrlərdə turist axınını tənzimləmək lazımdır, lakin bu, şəhərin bağlı olması demək deyil. Venesiya hər zaman hər kəs üçün açıq olacaq.

Yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir ki, sakinlər, sərnişinlər, tələbələr və 14 yaşdan kiçik uşaqlar, eləcə də şəhərdə gecələyən turistlər güzəştdən azad ediləcək.

Uzun müddətdir müzakirə edilən planın hələ sentyabrın 12-də toplanacaq böyük şəhər şurası tərəfindən təsdiqlənməsi lazımdır.

Bir çox detallar, o cümlədən neçə biletin satışa çıxarılacağı hələ də bəlli deyil.

Şəhərin turizm üzrə müşaviri Simone Venturini bildirib ki, yeni sistem Venesiyanı “qlobal pioner” edəcək.

İki il əvvəl şəhər gündə minlərlə ziyarətçi buraxan və onları limana yönləndirən böyük kruiz gəmilərinə qadağa qoyub.