Prezident Maduro Hərbi Hava Qüvvələrinə “hazır olun” əmri verib, nazir isə düşmənləri hədələyib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez potensial düşmənlərə müraciət edərək xəbərdarlıq edib.
O, Venesuelaya hücum etmək kimi səhvə yol verməməyə çağırıb:
“Venesuelaya hücum etmək səhvinə yol verməyin. Xalq və silahlı qüvvələr cavab verməyə hazırdır. Biz hər şeyə hazırıq”.
Eyni zamanda, ölkə prezidenti Nikolas Maduro da Hərbi Hava Qüvvələrinə ölkəni müdafiə etmək üçün “ayıq-sayıq, hazır və qətiyyətli” olmağı əmr edib.
Xuraman Etibarlı
İnterpress.az






