Venesueladan sonra növbəti hədəf Meksikadır: Tramp quru əməliyyatlarına BAŞLAYIR – VİDEObackend

Venesueladan sonra növbəti hədəf Meksikadır: Tramp quru əməliyyatlarına BAŞLAYIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesueladan sonra növbəti hədəf Meksikadır: Tramp quru əməliyyatlarına başlayır

İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Meksika ilə bağlı verdiyi son açıqlama yeni hərbi müdaxilə siqnalları kimi qiymətləndirilib.

Məlumata görə, Tramp narkokartellərə qarşı quru əməliyyatlarının mümkünlüyünü bəyan edib.

O, “Biz yerlərdə kartellərə qarşı fəaliyyətə başlayacağıq” deyərək əlavə edib ki, hazırda Meksikanı kartellər idarə edir və ölkənin bu vəziyyətə düşməsini izləmək çox kədərlidir.

Xatırladaq ki, bundan öncə ABŞ Venesuelaya qarşı irimiqyaslı xüsusi əməliyyat keçirib. Nəticədə ölkə prezidenti Nikolas Maduro və xanımı əsir götürülərək ABŞ-yə aparılıb.

Xuraman Etibarlı

İnterpress.az