“Laçın dəhlizin ləğv edilməsi və postun qurulması həqiqətən də azad olunan torpaqlar qədər əhəmiyyətlidir”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“44 günlük müharibə birinci mərhələ, Laçın dəhlizinin ləğv edilməsi və sərhədlərin bərpası ikinci mərhələ idi. Xankəndi, Xocalı və Xocavənd siyasi və hüquqi olaraq həll edilib, indi sonuncu – bu ərazilərdə mərkəzi hakimiyyətin bərpası mərhələsi başlayır. Ağdam maşrutunun açılması, ki bunun alternativi yoxdur, bu istiqamətdə həlledici addımlardan olacaq”, – o əlavə edib.