“Villamı onlara vermək istədim, razı olmadılar“ – Əməkdar artistbackend

“Villamı onlara vermək istədim, razı olmadılar“ – Əməkdar artist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərli maraqlı açıqlaması ilə gündəmənə gəlib.

ATV telekanalında qonaq olan sənətçi keçmiş gəlini barədə danışıb. O, gəlininin haqqında səsləndirdiyi ittihamların əsassız olduğunu bildirib:

“Mən gəlinimə qayınana yox, ana kimi davranmışam, onu öz qızım hesab etmişəm. Hətta pandemiya dövründə dedim ki, villamı sizə verim, özüm kitrayəyə çıxım, siz rahat yaşayın. Lakin o buna razı olmadı, birlikdə qalmaq istədiyini dedi”.

Xanım müğənni nəvələrini analarından ayırmadığını deyib:

“Mən nəvələrimi analarından ayırmamışam, bu yalandır. Əksinə, uşaqlar özləri anaları ilə qalmaq istəmirlər. Səhər gedib görüşüb qayıdırlar. Tuncay anası ilə görüşməyə gedəndə qarşımıza şərt qoyur ki, axşam geri – bura qayıdacağamsa gedirəm”.