İrəvanda Vitali Balasanyana qarşı inzibati tədbirlər görülüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, ağacların qanunsuz kəsilməsinə görə Vitali Balasanyana qarşı tədbirlər görülüb.
Təbiətin və Mineral Ehtiyatların Mühafizəsi Müfəttişliyi bildirib ki, internetdə dərc olunmuş İrəvanın Tork Angeq parkının ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı videoçəkiliş əsasında araşdırma başlanıb.
Başlanmış inzibati icraat çərçivəsində müəyyən edilib ki, sentyabrın 28-də özünü buraxmış Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurası”nın “keçmiş katibi” Vitali Balasanyan və daha bir erməni onlarla qurudulmuş böyürtkən kolu, itburnu və yaşıl tut budaqlarını kəsərək yandırıblar.
Müfəttişlik orqanının İrəvan ərazi idarəsinin rəisinin qərarı ilə adıçəkilən şəxslər barəsində ekoloji pozuntulara görə məsuliyyət tədbirləri tətbiq edilib.
Xuraman Etibarlı
İnterpress.az