Sinuarın ləğvi İsrailin HƏMAS üzərində qələbəsi demək deyil.
İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” yazır.
HƏMAS lideri Sinuarın sıradan çıxarılması İsrailin Yaxın Şərqdə hərbi üstünlüyünü bərpa etməsi deməkdir, lakin təşkilat üzərində qələbə deyil.
Məqalədə qeyd edilir ki, Sinuar ləğv edilməzdən əvvəl İsrail artıq 3 lideri sıradan çıxarmışdı, “amma HƏMAS-ı heç vaxt məhv edə bilməyib”.
Nəşrin digər məqaləsində qeyd olunur ki, HƏMAS liderinin ləğvi Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə olunmasında çətinliklər yarada bilər.
“Əsas olanlar atəşkəslə bağlı danışıqlara hazır və bacaracaq yeni HƏMAS liderinin olub-olmayacağıdır. Netanyahu bu fürsətdən hərbi əməliyyatların intensivliyini azaltmaq üçün istifadə edəcəkmi, yoxsa Qəzzada daha böyük qələbəyə nail olmaq üçün səylərini ikiqat artırmağa qərar verəcək?”, – nəşr yazır.
Xuraman Etibarlı
İnterpress.az