backend

Xaçaturyanın pedofil olduğu təsdiqləndi: Atalarını öldürən qızlar azadlığa buraxıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada dəhşətli hadisə yaşanıb. Belə ki, əslən erməni olan mixail Xaçaturyanın üç qızını illərlə cinsi qısnamaya məruz qoyduğu müəyyənləşib., üç il əvvəl qız övladlar yaşadıqları durumdan cana doyaraq atalarını yatdığı zaman qətlə yetiriblər. Daha sonra onlar cinayəti etiraf edərək polisə təslim olublar.

Rus mətbuatının yazdığına görə, haqlarında cinayət işi açılıb həbs edilən qızların taleyi məhkəmənin açıqladığı yeni hesabatla dəyişə bilər. Çünki psixiatrların hazırladığı hesabatda öldürülən Mixail Xaçaturyanın rəsmi olaraq qızları cinsi istismara məruz qoyan bir pedofil olduğu təyin edilib. Rusiyalı mütəxəssislərin müfəssəl tibbi tapıntılarının qızların azadlığa buraxılmasında böyük rolu olacağı gözlənilir.