Köhnə Nəsimi bazarının yanında “Ağ çiçəiym” dükanından bir dəstə gül aldım. Çıxmaq istəyəndə gülçü məni saxladı və cavan işçilərdən birinə “yan otaqdan Sabir bəyə bir dənə də Xarı bülbül gətir. Bu da bizim hədiyyəmiz olsun” dedi.
Dibçəkdə əkilmiş Xarı bülbül aldığım gül dəstəsini kölgədə qoydu…
Yadıma 35 il öncə yazdığım kitabımdan bir cümlə düşdü:”Millətimin ruhuna heyranam!” 35 ildə çox döyüldük, söyüldük, böhtanlara tuş olduq, müharibə hər birimizin həyatına yaralar vurdu, lakin o ruhu sındıra bilmədi… Gülçünün hədiyyə etdiyi və gül dükanına qələbəmizin nişanəsi kimi gəlib çıxmış Xarı bülbül o ruhun bəhrəsidir…
Sabir Rüstəmxanlı
İnterPRESS.az