Xalqımızın Böyük Vətən Müharibəsi – 8 NOYABRbackend

Xalqımızın Böyük Vətən Müharibəsi – 8 NOYABR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 9 May faşizm üzərində qələbə günüdür. Bəli, bu, bizim üçün bayramdır. Bu qələbədə azərbaycanlıların böyük payı var.

Biz azərbaycanlılar tarixən öz döyüşkənliyimizi, cəsurluğumuzu, igidliyimizi və qorxmazlığımızı nümayiş etdirmişik. Məhz bu mübarizliyin nəticəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazandıq, ədaləti döyüş meydanında təkbaşına bərpa etdik və müzəffər xalq kimi tarixə adımızı yazdırdıq.

Bizim üçün Böyük Vətən Müharibəsi məhz 44 günlük müharibədir. Azərbaycanın tarixində düşmən üzərində qələbə ilə nəticələnən çoxsaylı döyüşlər olub. Amma 44 günlük Böyük Vətən Müharibəsinin qazandırdığı qələbə qədər parlaq zəfər olmayıb.

Azərbaycan xalqı Böyük Vətən Müharibəsindəki Zəfəri məhz Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə qazanıb.

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Togrul Allahverdili
İnterpress.az