“2018-ci ilin yazında qeyd-şərtsiz əraziləri qaytarmaq formulundan söhbət Qarabağla bağlı danışıqların “qırılma nöqtəsi” oldu”.
İnterpress.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün onlayn formada keçirdiyi mətbuat konfransında deyib.
O daha sonra deyib ki, baş verənlərə görə məsuliyyət daşıyan bir nömrəli şəxs özüdür. “Baş verənlərə görə məsuliyyət daşıyan bir nömrəli şəxs mənəm. Bu, birmənalıdır. Başa düşürəm, şərti olaraq xalqın mühakiməsinə verilməliyəm. Amma hakim – xalq – baş verənlərin bütün tərəflərindən xabərdar olmalıdır. Ordu, müxalifət və hökumətlə dialoq olmalıdır”, – deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri əlavə edib ki, Qarabağla bağlı danışıqların məntiqini dəyişə bilmədiyi kimi, Ermənistanın “müqaviməti”ni artıra bilməyib.
İnterpress.az






