Xameneinin səhhəti pisləşib? – FOTObackend

Xameneinin səhhəti pisləşib? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra xarici media orqanlarında İranın rəhbəri Əli Xameneinin vəziyyətinin ağırlaşdığı bildirilir.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Tehran rəsmiləri və İran mediası məsələ ilə bağlı dəqiq açıqlama vermirlər.

İran mediası dini rəhbərin seçilməsinə görə məsuliyyət daşıyan Ekspertlər Şurasının Əli Xamenei ilə sentyabrın 10-u axşam saatlarına olan görüşünün ləğv olunduğunu bildirib. Ekspertlər Şurasının üzvü Haşim Haşimzadə Herisi mediaya açıqlamasında görüşün ləğv edildiyini təsdiqləyib.

“Rəhbər müxtəlif məsələlərdən danışdığı üçün hazırda bu görüşün keçirilməsini məsləhət bilməyib və bu görüş onun rahatlığı və vaxtının alınmaması üçün baş tutmayıb”, – deyə Herisi iddia edib.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi “Tasnim” xəbər agentliyi isə əvvəlcədən heç bir görüşün planlaşdırılmadığını və İran rəhbərinin sağlıq durumu ilə bağlı məlumatların uydurma olduğunu iddia edib.