Xankəndi şəhərinin Zəfər meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
İnterpress.az xəbər verir ki, öncə Azərbaycan Dövlət Himni səsləndirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.