“Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu” və “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” Ictimai Birliyinin təşkilatciligi ilə “Xarıbülbül işığında” adlı beynəlxalq videokonfrans keçirilib.
İnterpress.az.xəbər verir ki, tədbir “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun rəhbəri Kəmalə Ceylinovanın və Klubun üzvü, “Dünya Azərbaycanlı Qadinlarinin Həmrəyliyi” ictimai birliyinin sədri Svetlana Osmanlının moderatorluğu ilə baş tutub. Videokonfransda Milli Məclisinin üzvü Səbinə Xasayeva, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas, birliyin Türkiyə təmsilçisi Zülfiyyə Həsənova-Günəş, jurnalistlər Elnur Fərzəliyev və Nigar Ogeday, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası baş katibi Mehmet Qiyas Azeritürk, “Avrasiya Türk Qadınları Fondu”nun rəhbəri Fatma Aktaş, Bakı Türk Anadolu liseyinin müdir müavini Meral Bahar və 50-yə yaxın soydaşımız iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın Şuşa və ətraf ərazilərində, Cəbrayıl rayonu istiqamətində, Samur–Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlarında, Abşeronda, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinən “Xarıbülbül” çiçəyinin 44 günlük Vətən müharibəsi zamanı Zəfər rəmzinə cevrildiyini bildiriblər. Qeyd edilib ki, igid Azərbaycan ordusu təkcə Qarabağı deyil, həm də “Xarıbülbül çiçəyi”ni əsarətdən, erməni tapdağından qurtardı. Şuşa azad edilərkən qəhrəman əsgərlərimiz bu çiçəyi şəhərin girişindəki torpağa sancmaqla onu yenidən əsl sahiblərinə qaytardılar.
Tədbirdə Qarabağı vəsf edən əsərlər tarda və sazda ifa olunub.
İnterpress.az