Xaricdə 1 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Onlar dünyanın müxtəlif ölkələrindədirlər”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycan qlobal kompaktın icrasında nümunədir: “Hazırda dünyada 252 milyona yaxın miqrant var. Xaricdə yaşayan 1 milyona yaxın vətəndaşımız həmin ölkələrə müxtəlif formalarda töhfə verirlər”.