Xidmətçi ev sahibindən 2,7 milyon dollar MİRAS ALDI – FOTOLARbackend

Xidmətçi ev sahibindən 2,7 milyon dollar MİRAS ALDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ev xidmətçisi müdirindən 2,7 milyon dollar miras alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Tayland mediası məlumat yayıb.

Bildirilir ki, Tayland da yerli iş qadını Katrin xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra intihar edib.

Ölümündən əvvəl o, vəsiyyətində işçisinin adını göstərərək hesablardakı bütün pulları, həmçinin zinət əşyaları, daşınmaz əmlak, avtomobillər və üç pişiyi ona qoyub.

Ev qulluqçusui Pa Tim 17 ildən çox tanıdığı müdirinin ölümündən şoka düşdüyünü və kədərləndiyini bildirib.

Mərhum Katrin məktubunda işçisinin dürüstlüyünə inandığını və ölümü halında bütün varidatını, idarəetməni ona verib və vəsiyyətində yazıb.

O, cəsədinin yandırılmasını və külünün səpələnməsini istəyib.

Pa Timin dörd övladı var. O, Katrini layiqli dəfn edəcəyinə və onun xeyirxahlığını heç vaxt unutmayacağına söz verib.

Xuraman Etibarlı

İnterpress.az