Xoşqədəmdən ETİRAF: “Dedi ki, arvadımı efirdən qov, sənə külli miqdarda pul göndərim…“backend

Xoşqədəmdən ETİRAF: “Dedi ki, arvadımı efirdən qov, sənə külli miqdarda pul göndərim…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı illər əvvəl yardım etdiyi yeniyetmənin tələbə adı qazandığını açıqlayıb.

bu barədə sosial şəbəkə hesabında yazan aparıcı qadınlara yardım edərkən hansı çətinliklərlə üzləşdiyini etiraf edib:

“Bu günə qədər mənim üçün müdafiə o qədər də asan olmayıb, təhqir edilmişəm, qarşımı çirkin vasitələrlə kəsiblər, “arvadımı efirdən qov, əvəzində böyük məbləğdə pul göndərirəm” deyənlərdə olub. Düşünə bilirsiniz, mən hansısa kişinin uşağının hüququnu müdafiə edirəm, o kişi uşağını müdafiə etməyim deyə mənə pul göndərir. Balasını yox, adı birlikdə çəkilən qadının maraqlarını müdafiə edir. O pulu mən almıram, amma hansısa məhkəmə sədrinin müavininin köməkçisi, hansısa hakim alıb, məhkəmənin qərarına təsir etməyə çalışır”.

O, illər əvvəl yardım etdiyi Aytac adlı qızın bu gün jurnalistika tələbəsi olduğunu qeyd edib. Hidayətqızı Aytaca öz yanında iş verəcəyini açıqlayıb:

“Düşünün, heç bir qohumluq əlaqəmin olmadığı, döyülən, əzilən qadın və uşaqlar üçün necə savaşlar verirəm. O qadınlar üçün məhkəmələrdə qalıram.

Bu gördüyünüz qız Aytacdır. Üç il əvvəl hüququnu müdafiə etdiklərimdən biridir. Atası onu məktəbə qoymurdu.  Ata doğma valideynlərini baltalayıb meşədə gizlənirdi, təslim olmurdu. Bax, o zaman Aytac mənə üz tutdu. Böyük mücadilə verdim. Yenə söyüldüm, “Xoşqədəm gənc qızları evdən qaçırdır” deyə sosial şəbəkələrdə haqsız təhqirlərə məruz qaldım, amma hər zamankı kimi doğru bildiyim yoldan dönmədim. Aytacın atası sayəmdə ay yarım sonra polisə təslim oldu, ailə hüzura qovuşdu, Aytac məktəbə bərpa olundu. Bir an belə unutmadım Aytacı. Və bu gün səhərimi Aytacın mənə göndərdiyi təşəkkür videosuyla acdım. Nə yalan deyim sevincimdən ağladım, axı burda böyük əmək, mübarizə və gözəl nəticə vardı. İndi o söyənlər sona qədər videonu izləsin, inanmıram məndən üzr istəsinlər, amma elə bu videonu sona qədər izləmək onlara ən böyük təhqirdir! Mən doğru bilmədiyim heç bir yola çıxmıram, inanmadığım heç bir işin arxasınca getmirəm! Təbii, o yolda əziyyətlər çəkərəm, amma sonda qalib mənəm, bax, bu videoda olduğu kimi. Aytacı bundan sonra da dəstəkləyəcəm. Dərsdən sonra mənim yanımda çalışacaq, əməkhaqqı alıb bütün xərclərini özü ödəyəcək. Onun ən böyük arzusu Xoşqədəm xalası kimi jurnalist olmaq idi və oldu! Təbriklər, mənim ağıllı qızım”.