Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Bu barədə E.Quliyev özünün Feysbuk səhifəsində bildirib.
Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktayabrın 25-də anadan olub. Sumqayıt şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb.
AzTV-də İnformasiya Proqramları Studiyasında çalışıb. 2016-cı ildən Dövlət Statistika Komitəsinin mətbuat katibi idi.
Ailəlidir, 3 övladı var.
İnterpress.az