Yaponiya iqtisadiyyatı böyüyübbackend

Yaponiya iqtisadiyyatı böyüyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya iqtisadiyyatı bu ilin ikinci rübündə kapital xərclərinin gözləniləndən zəif olması səbəbindən proqnozlaşdırılandan az artıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yaponiya Nazirlər Kabinetinin məlumatlarına görə, aprel-iyun dövründə xaricdən tələbin artması ilə ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə illik 4,8 faiz artıb.

İyul ayında ilkin məlumatlarda Yaponiya iqtisadiyyatının 6 faiz artacağı proqnozlaşdırılıb.

Yekun məlumatlar iqtisadçıların 5,6 faizlik artım proqnozundan xeyli aşağı olub.

Güclü avtomobil ixracı və turizmin Covid-19 pandemiyasından sonra bərpası, qismən yenanın dollara nisbətdə zəifləməsi səbəbindən ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatının böyüməsinə kömək edib.

Daxili tələbin zəif qalması və 2,2 faiz azalması səbəbindən ikinci rübdə özəl istehlak yavaşlayıb. Yenidən işlənmiş rəqəmlər kapital xərclərinin ikinci rübdə yüzdə 1 azaldığını göstərdib.