Yaponiya hökuməti İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında dinc əhali arasında itkilərin artmasından xəbərdar olduqlarını, lakin İsrail ordusunun hərəkətlərini qiymətləndirməkdən çəkindiklərini bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Qəzzada humanitar vəziyyətin dərhal yaxşılaşdırılmasının və humanitar yardım fəaliyyətlərinə şərait yaradacaq mühitin yaradılmasının son dərəcə vacib olduğunu bir daha vurğulayıb:
“Ümid edirik ki, humanitar atəşkəs tezliklə həyata keçəcək və davamlı atəşkəs əldə olunacaq. Bu inancla İsrail də daxil olmaqla bütün tərəfləri təcili humanitar addım atmağa çağırırıq”.
Qəzzada mülki itkilərin artmasından xəbərdar olduqlarını qeyd edən Kamikava deyib:
“Regionda faktları tam qavramaq çətindir. Biz İsrail ordusunun hərəkətlərinə hər hansı qiymətləndirmə, o cümlədən hüquqi qiymət verməkdən çəkinirik. Mülki itkilərin sayının artdığını və humanitar vəziyyətin artdığını bilirik”.
Bu şərtlər altında müvafiq tərəflərin əlavə açıqlamalar verməli olduqları bir vəziyyətdə olduqlarına inandıqlarını qeyd edən Kamikava söyləyib ki, Yaponiya beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa riayət etməyə çağırır.