Yaponiya səfiri Sumqayıt Kimya Sənaye Parkında olub – FOTObackend

Yaponiya səfiri Sumqayıt Kimya Sənaye Parkında olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuniçi Vada və səfirliyin əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında olublar.

Səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ölkəmizdə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

Görüşdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti barədə təqdimat keçirilib.

Sonda Yaponiya səfirliyinin nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər, Parkın rezidenti “Azertexnolayn” MMC-nin Polad Boru Zavodunda istehsal  prosesi ilə tanış olub.

Qeyd edək ki, “Azertexnolayn” MMC-nin müəssisələrində bir çox qabaqcıl ölkələrin, o cümlədən Yaponiyanın texnologiyalarından istifadə edilir.

İnterpress.az