Yaponiyada şirniyyatları “oğurlamağa” icazə verilən mağaza AÇILDI – VİDEObackend

Yaponiyada şirniyyatları “oğurlamağa” icazə verilən mağaza AÇILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada şirniyyatları “oğurlaya” biləcəyiniz bir mağaza açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya KİV məlumat yayıb.

Ziyarətçilər cəhd üçün sabit bir məbləğ ödəyirlər və 60 saniyə ərzində çatdıra bildikləri bütün şirniyyatları mağazadan çıxarmaq hüququ qazanırlar. Lakin bunun üçün əsas şərt “oğurluğun” təhlükəsizlik kameralarına düşməməsidir.

Ehtiyatsızlıq edərək kameraların görüntüsünə düşən şəxslər heç bir şirniyyat ala bilməyərək mağazanı əliboş tərk etməli olurlar.

Sıradan kənar konsepsiyası olan bu dükan həm yerli sakinlər, həm də turistlər arasında böyük maraq doğurub.

Xuraman Etibarlı

İnterpress.az