Yaponiyanın yeni baş naziri parlamentdə səsvermə zamanı yuxuya gedib.
İnterpress.az xəbər verir ki, bu barədə “Yomiuri” portalı məlumat yayıb.
Yaponiyanın baş naziri Şiqeru İşiba yenidən seçilmək üçün səsvermə zamanı Nümayəndələr Palatasının plenar iclasında uyuyub.
Parlamentdən olan görüntülərdə deputatlar növbə ilə onun namizədliyinə səs verərkən Nazirlər Kabineti rəhbərinin gözlərini yumaraq bir neçə dəqiqə hərəkətsiz qalması əks olunub.
İşibanın yanındalır, xüsusən hökumətin baş katibi Yoşimasa Hayaşi ona narahatlıqla baxıblar.
Xuraman Etibarlı
İnterpress.az