Rusiyada yaşlı qadının evindən 80-ə yaxın arıqlamış pişik aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Krasnoyarsk şəhərində vəfat edən yaşlı qadının mənzilindən 80-ə yaxın pişik tapılıb.
Məlumata görə, qadın illər boyu küçələrdən əsasən qara-ağ rəngli pişikləri toplayaraq evində saxlayıb.
Qonşular uzun müddətdir mənzildən gələn kəskin qoxu və fasiləsiz pişik səslərindən şikayət edirdilər.
Son günlər binada meyit qoxusunun hiss olunmasından sonra hadisə yerinə gələn heyvan sığınacağının əməkdaşları mənzildə onlarla arıqlamış və baxımsız vəziyyətdə olan pişik aşkar ediblər.
Hazırda heyvanlar təhlükəsiz yerə köçürülərək müayinə və müalicəyə cəlb olunublar. Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






