Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? – FOTO/VİDEObackend

Yeni ailə quran azərbaycanlı bloqerin həyat yoldaşı döyülərək öldürülüb? – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub:

“K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”.

Qeyd edək ki, K.Namazov bloqer Ayşən Mirzəyevanın həyat yoldaşı olub.

Oktyabrın 13-də onlar nikaha daxil olublar.

Bloqer iddia edib ki, əri iki nəfər idmançı tərəfindən döyülərək öldürülüb.