Yeraltı qaz sızması faciəyə SƏBƏB OLDU: Üç nəfərlik ailə ÖLDÜbackend

Yeraltı qaz sızması faciəyə SƏBƏB OLDU: Üç nəfərlik ailə ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada eyni ailənin üç üzvü zirzəmidə boğularaq ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.

Rusiyanın Sverdlovsk vilayətinin Bulanaş qəsəbəsində dəhşətli bədbəxt hadisə baş verib. Eyni ailənin üç üzvü evlərinin zirzəmisində yığılıb qalmış qazdan boğularaq həyatını itirib.

Məlumata görə, əvvəlcə zirzəmiyə enən gənc qız orada qəfil huşunu itirib. Onun ardınca gedən anası və daha sonra vəziyyətin pis olduğunu anlayaraq köməyə qaçan ata da zəhərlənib.

Meyitlərin tapılma vəziyyəti atanın son ana qədər həyat yoldaşı və qızını xilas etməyə, onları çıxışa tərəf çəkməyə çalışdığını göstərib.

Hadisənin baş verdiyi qəsəbənin bataqlıq ərazidə yerləşdiyi, uzun sürən yağışlar səbəbindən qrunt sularının yeraltı zəhərli qaz qarışığını zirzəmiyə sıxışdırıb çıxardığı bildirilir.

Polis rəsmiləri bu növ faciələrin qarşısını almaq üçün zirzəmiyə enməzdən əvvəl şam yandıraraq havanın təmizliyini yoxlamağın vacibliyini xatırladıblar.

Xuraman Etibarlı

İnterpress.аz