Yermakın evində axtarış aparıldığını təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özü bildirilib.
Ukraynanın yüksək vəzifəli rəsmisi istintaqa mane olmadığını və hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini bəyan edib.
Yermak bildirib ki, bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) onun evində prosessual hərəkətlər həyata keçirir.
“Müstəntiqlərə heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib. Vəkillərim hadisə yerindədir və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşılıqlı əlaqədə işləyirlər. Mənim tərəfimdən tam dəstək və əməkdaşlıq var”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






