Yevlax sakini həyat yoldaşını baltalayıbbackend

Yevlax sakini həyat yoldaşını baltalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

İnterpress.az-ın məlumatına görə, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.

İnterpress.az