Vyetnamda yoldan keçən motosikletçinin üzərinə aşan ağac onun ölümünə səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Vyetnamın Txanxhoa əyalətində yol kənarında kəsilən ağac motosikletlə hərəkət edən şəxsin üzərinə düşüb.
Ağır xəsarət alan motosikletçi hadisə nəticəsində həyatını itirib.
Quangbin rayonunun Xalq Komitəsinin rəhbəri Çinh Thi Nquyen hadisəni faciəvi qəza kimi qiymətləndirərək, ağacın yoldan keçən motosikletçinin üzərinə düşdüyünü və onun daha sonra öldüyünü təsdiqləyib:
“Təəssüf ki, bölgəmizdə çox faciəli bir qəza baş verib. Kəsilən ağacın yoldan keçən motosikletçinin üzərinə düşməsi və sonradan ölməsi nəticəsində bir vətəndaş ağır yaralanıb”.
Xuraman Etibarlı
İnterpress.az






