Yol qəzalarını artıran SƏBƏB: “Sürücülərin psixoloji vəziyyəti yoxlanılmalıdır”backend

Yol qəzalarını artıran SƏBƏB: “Sürücülərin psixoloji vəziyyəti yoxlanılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sürücünün peşəkarlığı və təcrübəsi araşdırılandan sonra nəqliyyat vasitəsi ona həvalə edilməlidir”.

Bu sözləri son zamanlar artan yol qəzalarının qarşısını almağın mümkün yollarına münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov İnterpress.az-a açıqlamasında deyib.

Ekspertə görə, yol qəzalarının artmasının əsas səbəbi hərəkətdə olan sərnişin və yük maşınları arasında sanki bir rəqabətin yaşanmasıdır. Bu vəziyyət bir çox hallarda xoşagəlməz hadisələrin yaşanmasına səbəb  olur. Yük maşını və avtobusların sürülməsi hər insana həvalə etmək olmaz. Sürücünün peşəkarlığı və təcrübəsi araşdırılandan sonra nəqliyyat vasitəsi ona həvalə edilməlidir. Sahibkarlar sürücünü işə götürən zaman onun ən azı üç illik təcrübəyə sahib olmasını əsas şərt kiminirəli sürməlidir. Eyni zamanda aidiyyatı dövlət qurumlarının ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Xüsusən də sürücünün psixoloji vəziyyəti diqqət mərkəzində olmalıdır. Bakıətrafı kənd və qəsəbələrinə işləyən avtobus sürücülərinin qaydaları tez-tez pozması isə heç də yad məsələ deyil. Sərnişinlərlə avtobus sürücüləri arasında problemlərin olması daim özünü göstərib. Sərnişin-sürücü münasibətlərinin normallaşması və yol qəzalarının sayının azalması üçün şirkətlər sürücü seçimində diqqətli davranmalıdılar. Kimliyindən asılı olmayaraq, hər  bir sürücünün psixoloji vəziyyəti ciddi şəkildə yoxlanılmalıdır”.

Gülşən